Maliyyə Savadlılığı

English & ქართული ენა

12 September , 2022

2 Min (367)

4,388

Source Language: English

Experience

THE INVESTOR

Mənim maliyyə savadlılığına səyahətim burada, ABŞ-da təxminən 10 il əvvəl 2008-ci ildə bazarın çökməsindən sonra başladı. Bir mütəxəssis kimi Gürcüstanda təhsil aldığım müddətdə bazar iqtisadiyyatının dinamikasını öyrənmək imkanım olmayıb. Burada mən maliyyə savadlılığının əhəmiyyətini vurğulamaq istəyirəm ki, o sizdə maraq doğuran konkret sahələrdə öz araşdırmalarınızı etmək üçün qapı açsın. Burada həmçinin gündəlik birjaya necə vaxt ayırmağa başladığım və öyrəndiyim investisiya vərdişləri ilə bağlı təcrübəmi də bölüşəcəyəm. Bütün dünya üzrə insanların çoxu məktəbdə maliyyə təhsili almır və demək olar ki, hər kəs bunu özü öyrənir. Ən azı gürcülər maliyyə və investisiyani başa düşməkdə hər hansı digər ölkədən gələn adi insandan geri qalmırlar. Hökumətdən əldə edilən ictimai məlumatların əksəriyyəti texniki xarakter daşıyır, lakin Gürcüstan milli bankı maliyyə savadlılığı proqramları haqqında məlumatı https://nbg.gov.ge/en/publications/financial-education ünvanında saxlayır. 

 Buna baxmayaraq, müvafiq maarifləndirici videolar və statistik məlumatlar şagirdləri aşağı siniflərdən cəlb etmək və onun əsasında qurmaq üçün təlimatın bir hissəsi olmalıdır. Florida ştatı da daxil olmaqla bir çox ştatın qəbul etdiyi orta məktəb diplomu üçün maliyyə savadlılığını tələb etmək yaxşı bir fikir ola bilər. Burada digər vacib amil, əlbəttə ki, tələbələrin bacarıqları və istəkləridir ki, onlar kifayət qədər əl çatan resursdan istifadə etməlidilər. Ona görə də karyeralarını davam etdirmək onların seçimidir , xarici təzyiq və ya populyarlıqdan asılı olmamalıdırlar.

 Nəhayət, mən yaxın dostumun tövsiyə etdiyi mentordan öyrəndiyim investisiya vərdişi ilə bağlı təcrübəmi bölüşməklə davam edəcəyəm. Mentorla hər biri 5 saatliq 5 dərs keçdim. Əsasən bazar iqtisadiyyatında investisiya vərdişini inkişaf etdirdim və maliyyə müstəqilliyinə çatmaq üçün yol xəritəmi hazırladım. Vəsait əldə etmək üçün kifayət qədər qazanc əldə edən , şəxsi inkişaf təlimini uğurla başa vurmuş və keyfiyyət analizi tətbiq edən biri olaraq mənim üçün ən böyük məqam müşavirimin birja, xüsusən İndekslər/Qarşılıqlı Fondlar və uzunmüddətli investisiya ikonu Warren Buffet-ilə tanışliğı oldu.

 Öz maliyyə yolumu da buna uyğun olaraq planlaşdırmağa başladım. Maliyyə müstəqilliyinə nail olmaq üçün investisiya vərdişini mümkün qədər tez inkişaf etdirmək son dərəcə vacibdir və maliyyə dünyası, xüsusən də birja haqqında savadlı olmaq da eyni dərəcədə vacibdir. Biz hamımız öz maliyyə savadımızın hazırkı vəziyyəti ilə bağlı tənqidi suallar verməliyik və şəxsi plan hazırlamalıyıq. Mən həmçinin düşünürəm ki, resurs və medianin əlçatanlığı, istər tələbə, istər polis, istərsə də hərbçi, fəhlə- fermer olmağınızdan asılı olmayaraq, fərdlər üçün kifayət qədər yetərli olmalıdır. Maliyyə müstəqilliyinə mümkün qədər tez çatmaq üçün sağlam bir plan olmadan işləməyin və qazanmağın heç bir mənası yoxdur! 
  
İstinadlar: https://nbg.gov.ge/en/publications/financial-education , https://www.wgu.edu/career- guide/information-technology/qa-analyst-career.html

Sənan Hacıyev 
- QA analitiki (Keyfiyyət Analitiki)

- Keyfiyyətin təminatı üzrə analitik proqram təminatının sınaq prosesinə nəzarət edir və İT sənayesində ayrılmaz mövqedədir. 

Piramida Sxemlərini Anlamaq və Onlardan Qaçınmaq

İnvestisiyaların bəzi formaları zahirən yaxşı görünür, lakin sizi aldadıb, pulunuzu, vaxtınızı və bəzi hallarda reputasiyanızı almaq üçün hazırlanmış fırıldaqlar və ya sxemlərdir. Ilk öncə bunlardan ən təhlükəlisi - piramida sxemini nəzərdən keçirəcəyik.

08 May , 2023

4,470

5 Min (1095)

AITACH GOJA, THE INVESTOR+6

İnvestisiyanın əsasları

"Ən sadə formada investisiya, daha sonra gəlir və ya artım əldə etmək ümidi ilə pul qoyduğunuz bir şeydir." Gəlirinizi artırmaq üçün özünüzə investisiya edin. Bu məqalə sərmayə qoyuluşunun əsaslarına dair seriyanın birincisidir.

01 February , 2023

4,050

2 Min (469)

GARA ISMAILOV, AITACH GOJA+8

Policy & Safety

For a better experience we store your preferences on your web browser, find more information at: https://www.theinvestor.ge/en/policyAndSafety